Hakan Fidandan Özgür Özələ - “Yerini bil!”

Hakan Fidandan Özgür Özələ - “Yerini bil!”

Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkənin ana müxalifəti Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özəli sərt tənqid edib.

H.Fidan bu barədə “X” hesabında paylaşım edib.

Fidan Özəlin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla bağlı açıqlamalarından sonra bunları yazıb:

“Artıq yerini bil! Prezident Rəcəb Tayyib Ərdoğan millətimizdən aldığı dəstəklə illərdir Türkiyəyə xidmət edib, hər cür qəyyumluğa qarşı mübarizə aparıb. Biz millətimizdən başqa heç kimdən əmr almamışıq, xalqımızdan başqa heç kimdən icazə istəməmişik”.

Onun sözlərinə görə, Özəl uzun illər xalqın iradəsinə zidd çevrilişlərin kölgəsində siyasət yürüdən ənənəni təmsil edir.

Mənbə: qafqazinfo.az