İraq Baş naziri Məhəmməd Şiya əs-Sudani Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
“Qafqazinfo” xəbər verir ki, məktubda deyilir:
“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Müqəddəs Ramazan bayramı münasibətilə Zati-alinizi İraq xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik etməkdən məmnunluq duyuram.
Uca Allahdan Sizə cansağlığı və səadət, Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq arzulayıram”.
Mənbə: qafqazinfo.az