Bu gün Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan, Gürcüstan və Ermənistanın xarici işlər nazirlərinin müavinlərinin üçtərəfli görüşünün keçirilməsi planlaşdırır.
“Sputnik Ermənistan”a istinadən xəbər verilir ki, bu barədə məlumatı Ermənistan XİN yayıb.
Bildirilib ki, görüşdə regional əməkdaşlıq məsələlərinin müzakirə edilməsi gözlənilir.
Mənbə: qafqazinfo.az