Ukrayna Rusiyanın mülki infrastruktura hücumlarını cavabsız qoymayacaq. Buna qəti cavab vermək üçün kifayət qədər vəsitələrimiz var.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Dövlət başçısı Rusiya ordusunun aprelin 13-də Suma qanlı hücumunu xatırladıb:
“Bizim bu cür hücuma verəcəyimiz cavabımız var. Xalqımızı öldürənlərin cəzasız qalmasına imkan verməyəcəyik. Bizim buna tam hüququmuz var - bu ədalətli cəzadır", - prezident vurğulayıb.
O, həmçinin bildirib ki, Rusiya Ukraynanın gücünü qaçılmaz reallıq kimi tanımalıdır.
Mənbə: axar.az