Tramp Azərbaycan mallarına rüsumların tətbiqini 90 günlük LƏĞV ETDİ

Tramp Azərbaycan mallarına rüsumların tətbiqini 90 günlük

ABŞ Prezidenti Donald Tramp Azərbaycan mallarına rüsumların tətbiqini 90 gün ertələyib.

Bu barədə Tramp “Truth” sosial şəbəkəsində yazıb.

"75-dən çox ölkənin Birləşmiş Ştatların nümayəndələrini ticarət maneələri, tariflər, valyuta manipulyasiyası və qeyri-monetar tariflərlə bağlı müzakirə olunan məsələlərin həlli üçün danışıqlar aparmağa çağırması faktına əsaslanaraq, mən 90 günlük fasilə və əhəmiyyətli dərəcədə azaldılmış qarşılıqlı tarifə icazə verdim”, - ABŞ prezidenti qeyd edib.


Xatırladaq ki, Amerika lideri aprelin 2-də Aİ-dən gələn mallara 20% rüsum tətbiq edib, həmçinin Azərbaycanın da daxil olduğu digər ölkələr üçün minimum 10% baza tarifi müəyyən edib.

Mənbə: bizim.media