BMT rəsmisi: ASAN Xidmət qlobal səviyyədə mükəmməllik və bilik mərkəzi kimi qəbul olunur

BMT rəsmisi: ASAN Xidmət qlobal səviyyədə mükəmməllik və bilik mərkəzi kimi qəbul olunur

ASAN xidmət qlobal səviyyədə mükəmməllik və bilik mərkəzi kimi qəbul olunur.

Bunu Report-un ABŞ bürosuna açıqlamasında BMT-nin Təlim və Tədqiqat İnstitutunun (UNITAR) İnsanlar və Sosial İnteqrasiya Bölməsinin direktoru Alex Mejia deyib.

BMT rəsmisi qeyd edib ki, Azərbaycan brendi olan ASAN Xidmət yalnız insanların həyatını və xidmətlərə çıxışını yaxşılaşdırmaq sahəsində deyil, beynəlxalq səviyyədə göstərdiyi fəaliyyətlə də nümunəvi modelə çevrilib:

“ASAN mükəmməllik və bilik mərkəzidir. Azərbaycan hökümətinin zəngib bilik və bacarıqlarının təcəssümü olan bu layihəyə dərin hörmət və heyranlığımı bildirmək istəyirəm. BMT olaraq biz dünyamızı daha yaxşı etmək üçün Azərbaycan nümunəsini izləməyə sadiqik”, - Mejia vurğulayıb.

UNITAR rəsmisi əlavə edib ki, BMT-yə üzv olan 193 ölkədən 92-si, o cümlədən ən az inkişaf etmiş, inkişaf etməkdə olan və münaqişə bölgələrindəki ölkələrə xidmətlərin göstərilməsi sahəsində ciddi potensiala ehtiyac duyur: “Bu ölkələrin hamısı Azərbaycan hökumətinin dəstəyi ilə ASAN təcrübəsindən faydalana bilər. ASAN-ın fəaliyyət mexanizmi nümunəvi modeldir və bu model hökumətlərə vətəndaşlarına daha keyfiyyətli və şəffaf xidmətlər göstərmək üçün güc və imkan qazandıracaq”.

Mənbə: report.az