Arakçı Moskvada ABŞ-dan danışdı - Qəribə mesajlar...

Arakçı Moskvada ABŞ-dan danışdı -

Tehran ABŞ ilə danışıqlarda ziddiyyətli mesajlar eşidir.

Bunu hazırda Moskvada olan İranın xarici işlər naziri Abbas Arakçı deyib.

“Amerika tərəfdən danışıqlarda biz ziddiyyətli mesajlar eşidirik. Bunun nə demək olduğu və hansı məqsədləri əhatə etməsi onların öz işidir. Bizim fikrimizcə, danışıqlar masasında deyilənlər həlledici meyardır”, - o əlavə edib.

İranın xarici işlər naziri danışıqların növbəti mərhələsinin yeri ilə bağlı da açıqlama verib:

“Roma danışıqların ev sahibi deyil, danışıqların aparıldığı yerdir. İslam Respublikası ilə ABŞ arasında danışıqlara ev sahibliyi edən ölkə hələ də Oman hökumətidir”.

Qeyd edək ki, ABŞ-İran danışıqlarının ikinci raundu sabah Romada keçiriləcək.

Mənbə: axar.az