“Ermənistan Azərbaycanla sülh müqaviləsini və ATƏT-in Minsk Qrupunun buraxılmasına dair bəyanatı eyni vaxtda imzalamağa hazırdır”.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı danışıb.
“Biz sülh müqaviləsini imzalamağı və eyni vaxtda ATƏT-in Minsk Qrupunu buraxmağı, yəni, hər iki sənədi eyni gündə imzalamağı təklif edirik”, - deyə Paşinyan qeyd edib.
Mənbə: qafqazinfo.az