Erməni politoloq: “Lavrov hələ də Nikolun yalan danışdığı barədə cavab gözləyir”

Erməni politoloq: “Lavrov hələ də Nikolun yalan danışdığı barədə cavab gözləyir”

“Nikolun hakimiyyəti 2 ildə məhkəmənin təsdiqləyəcəyi heç olmasa bir korrupsiya işini aşkara çıxarmayıb”. Ordu.az xəbər verir ki, bunu öz “Facebook”səhifəsində erməni politoloq Ağasi Yenokyan yazıb.
O, son günlərdə Ermənistanda nə baş verdiyini qeyd edib:
- Lavrov hələ də Nikolun Qarabağ tənzimlənməsi və erməni-rus münasibətləri haqqında yalan danışdığı barədə cavab gözləyir;
- Minlərlə vətəndaş elektrik enerjisindən məhrub olub;
- Qavarda əsl cəbhə döyüşü baş verib, 4 ölü var və bütün bunlar polis rəisinin iştirakı ilə.;
- “Ucom”un səhmdarları bildiriblər ki, səlahiyyətlilər onların biznesini əllərindən almaq istəyirlər.
Səlahiyyətlilərin cavabı:
- Lavrova cavab yoxdur, yəni Nikol yalan danışdığını qəbul edir;
- Nikol kommunallar haqqında bildirərək deyib ki, ödəməmək olar, lakin and içməyib, yəni yalan danışdığını qəbul etdi;
- Parlamentdə iki deputat boş yerə küfr-şou səhnələşdirir”, - deyə Yenokyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az

Mənbə: ordu.az