Rusiya Yaponiyanın Moskvadakı səfirliyinə qəti etirazını bildirib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) məlumatınad deyilir.
Buna səbəb kimi Yaponiyanın cari ilin iyun ayında Rusiyanın sərhədlərinin yaxınlığında, Hokkaydo adasında raketlərlə təchiz edilmiş SMM-1 gəmiəleyhinə komplekslərdən təlim atışları keçirməyi planlaşdırması göstərilir.
Rusiya XİN bəyan edib ki, Moskva bu məsələ ilə bağlı əks-tədbirlər görmək hüququnu özündə saxlayır.
Mənbə: axar.az