Putin İlon Mask haqda danışdı - Nadir insandır!

Putin İlon Mask haqda danışdı -

Rusiya Prezidenti Vladimir Putin amerikalı sahibkar İlon Maskı sovet mühəndisi Sergey Korolevlə müqayisə edib.

TASS-a istinadən xəbər verilir ki, ölkə başçısı belə insanlara dünyada çox az rast gəlindiyini vurğulayıb.

“Bunlar müəyyən bir fikrə aludə olan insanlardır. Belə xarakterə sahib adamlara nadir hallarda rast gəlinir", - o bildirib.

Rusiya lideri Sergey Korolevin (onun rəhbərliyi altında yaradılan raketlərlə insanın ilk dəfə kosmosa uçuşu həyata keçirilib) inanılmaz görünən ideyalarının müəyyən müddətdən sonra reallaşdığını da xatırladıb:

“Marsa uçuş çox çətin məsələdir. Bu gün belə görünür. Bunu həyata keçirmək çox çətindir. Əgər maraqlanırsınızsa, yəqin ki, bundan xəbəriniz var”.

Mənbə: axar.az