ABŞ Yaponiyaya daha iki B-1B Lancer göndərdi

ABŞ Yaponiyaya daha iki B-1B Lancer göndərdi

ABŞ Yaponiyaya daha iki "B-1B Lancer” strateji bombardmançı göndərib və bu təyyarələr Honsyu adasının şimalındakı Misava aviabazasında yerləşdiriləcək.

Bu barədə “Nyusvik” məlumat yayıb.

Qeyd edək ki, ilk iki “B-1B Lancer” aviabazaya aprelin 15-də, ikinci cüt isə aprelin 18-də gəlib.

Qırıcıların Yaponiyaya köçürülməsində məqsəd müttəfiqlərlə hava qüvvələrinin təlimlərinin keçirilməsidir.

Mənbə: axar.az