Azərbaycanla Somali arasında müdafiə sahəsi üzrə əməkdaşlıq sazişi təsdiq edilib.
Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” Qanun layihəsində öz əksini tapıb.
Məsələ səsverməyə çıxarılaraq qəbul olunub.
Nuranə Daxilqızı
Mənbə: qafqazinfo.az