Xəbər verdiyimiz, kimi bu gün Azərbaycan Prezidenti İlham Əliyev Çinə rəsmi səfər edəcək. Bu səfər öncəsi Ümummilli lider Heydər Əliyevin 7-10 mart 1994-cü ildə Çin səfəri zamanı Şanxay şəhəri barəsindəki çıxışı sosial şəbəkələrdə yayılıb.
Heydər Əliyev Şanxayın keçmişdə də böyük şəhər olduğunu deyib.
“Ancaq son illərdə aparılan iqtisadi islahatlar şəhərin bütün həyatını, iqtisadiyyatını dəyişdirib. Biz bura gəzməyə gəlməmişik, bura təcrübə toplamağa gəlmişik. Bu təcrübə Azərbaycanın öz xüsusiyyətləri ilə uyğunlaşaraq, Azərbaycanda tətbiq olunmalıdır”, - Heydər Əliyev bildirib.
Mənbə: axar.az