Baxçalıdan açıq mesaj: Türkiyədə növbədənkənar seçkilər…

Baxçalıdan açıq mesaj: Türkiyədə növbədənkənar seçkilər…

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı ölkədə ehtimal erkən seçkilərlə bağlı açıq mesaj verib.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, o, sözügedən prosesin vaxtında keçiriləcəyini deyib.

“Növbədənkənar seçkilərin hay-küyü ilə partiyamızı müzakirə etməyə çalışan, kiçik beyinləri ilə ağıl verməyə cəhd edən o çürüklərin həvəsi əbəsdir”, - Baxçalı bildirib.

MHP lideri həmçinin PKK-ya da çağırış edib:

“Yaxın zamanda silahlar təhvil veriləcək, əhatəli və demokratik siyasətin pərdəsi açılacaq, heç vaxt bağlanmayacaq. Ən məqbul variant silahların Türkiyə dövlətinə təhvil verilməsidir”.

Mənbə: axar.az