Nüvə obyektlərinə hücum beynəlxalq öhdəlikləri və ölkələrin kollektiv öhdəliklərini pozan bir hərəkətdir, belə bir hadisə bütün dünyaya təsir edəcək.
Axar.az xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami deyib.
O, zənginləşdirilmiş uranın İrandan çıxarılmasının heç bir halda gündəmdə olmadıını bildirib.
İslami İranın nüvə obyektinin təhlükəsizliyinin yüksək səviyyədə olduğunu söyləyib:
“Yüksək təhlükəsizlik standartları İran elektrik stansiyalarının layihələndirilməsi, tikintisi və təchiz edilməsinin bütün mərhələlərində tətbiq edilib”.
Mənbə: axar.az