Səbail Rayon Məhkəməsinin sədri və hakimi Ağamalı Qafarov təqaüdə göndərilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, tanınmış hüquqşünas yaş həddi ilə bağlı səlahiyyətlərini dayandırıb.
Ağamalı Qafarov hakimlik fəaliyyətini verdiyi bəraət hökmü ilə yekunlaşdırıb. O, qəsdən sağlamlığa az ağır xəsarət yetirən şəxsi təqsirsiz hesab edib.
Xatırladaq ki, onun yerinə artıq təyinat rəsmiləşib. Prezidentin sərəncamı ilə Azər Paşayev Səbail Rayon Məhkəməsinin sədri və hakimi təyin olunub.
Sail Ağasəlim
Mənbə: qafqazinfo.az