ŞOK: İstanbul zəlzələsinə ABŞ Hərbi Dəniz Qüvvələri səbəb olub?

ŞOK: İstanbul zəlzələsinə ABŞ Hərbi Dəniz Qüvvələri səbəb olub?

Türkiyə hakimiyyəti Mərmərə dənizində baş verən zəlzələyə "GPS Saturn" qazma platforması, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi və ya HAARP ionosfer tədqiqatı sisteminin səbəb olması ilə bağlı versiyaları təkzib edib.

Bu barədə Türkiyə Prezident Administrasiyası yanında Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat verib.

Qeyd olunur ki, bununla bağlı sosial şəbəkələrdə fotomateriallarla müşayiət olunan xəbərlər yanlışdır.

"Bu iddiaları dəstəkləmək üçün istifadə edilən görüntülərin qazma platformasının 2018-ci ilin dekabr ayında Boğaziçi boğazından keçməsi zamanı çəkildiyi müəyyən edilib", - mərkəzin açıqlamasında bildirilir.

Həmçinin qeyd olunur ki, "GPS Saturn" zəlzələnin baş verdiyi ərazidə Mərmərə dənizində heç bir qazma əməliyyatı aparmayıb və platforma 340 gündür ki, Bolqarıstan yaxınlığındakı Qara dəniz sularında lövbər salıb.

"Yerləşdirilən fotoşəkillərdə ABŞ Hərbi Dəniz Qüvvələrinin "Arleigh Burke" sinfinə aid "USS Nitze" gəmisi əks olunub. Fotoşəkillər 2023-cü ildə çəkilib. Sözügedən gəmi son vaxtlar dənizlərimizdə fəaliyyət göstərmir", - məlumatda qeyd olunub.

Mərkəz açıqlayıb ki, yüksəktezlikli radio dalğalarının ionosferdə paylanmasının öyrənilməsi proqramı (HAARP) isə təyinatına uyğun fəaliyyət göstərir. (Oxu.az)



Mənbə: bizim.media