Separatçıların sonuncu başçısı Samvel Şahramanyan bildirib ki, Xankəndidən çıxan son şəxslərdən biri olub.
Bu barədə o, qondarma soyqırım abidəsini ziyarət edən zamanı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, qondarma rejimin keçmiş "rəhbərliyi"nin azərbaycanlılar tərəfindən saxlanılmasına şahid olub.
“Bəs niyə özü saxlanılmayıb?” sualına isə Şahramanyan belə cavab verib:
“Bu barədə daha sonra açıqlama veriləcək. Hazırda müəyyən proseslər gedir və həmin açıqlamalar bu proseslərə mane ola bilər”.
İqbal RZAYEV
Mənbə: musavat.com