Serbiya Prezidenti Aleksandar Vuçiç mayın 9-da Moskvada keçiriləcək Qələbə paradında iştirak edəcək.
Bu barədə Serbiya Tərəqqi Partiyasının rəhbəri Milos Vuçeviç deyib.
“Serbiya Prezidenti mayın 9-da Moskvada olacaq. Aleksandar Vuçiçin böyük təzyiqlərə baxmayaraq, faşizm üzərində Qələbənin 80-ci ildönümünü qeyd etmək üçün Moskvada keçiriləcək Qələbə paradına qatılması vacibdir. Çünki onun qeyd etdiyi kimi, Serbiyanın orada öz yeri var”, - deyə Milos Vuçeviç əlavə edib.
Mənbə: publika.az