“Rusiya və Ukrayna arasında vasitəçilik edirik, amma…”

“Rusiya və Ukrayna arasında vasitəçilik edirik, amma…”

“Amerika hələlik Rusiya və Ukrayna arasında vasitəçi funksiyalarından vaz keçmir, lakin münaqişənin həllində irəliləyiş olmasa, vəziyyət dəyişəcək”.

Bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus deyib.

“Hazırda bizim mövqeyimiz eyni olaraq qalır. Lakin irəliləyiş olmasa, bu dəyişəcək. Və bu dəyişiklik vasitəçi kimi fəaliyyətimizə aid olacaq. Buna baxmayaraq, biz hələ belə bir nöqtədə deyilik”, - deyə o bildirib.

Onun sözlərinə görə, ABŞ-nin vasitəçilikdən imtina etməsi o demək deyil ki, Vaşinqton sülh istəmir və ya ümumiyyətlə nizamlanmaya kömək etməkdən imtina edir.

Xatırladaq ki, Temmi Bryus ABŞ-nin artıq Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi rolunu oynamayacağını açıqlamışdı.

Mənbə: qafqazinfo.az