Qazaxıstandan Tolstoya qadağa

Qazaxıstandan Tolstoya qadağa

Qazaxıstan hakimiyyəti Rusiya Federasiyası Dövlət Dumasının dörd deputatına və bir keçmiş parlament üzvünə ölkəyə daxil olmağı qadağan edib.

Qərarın səbəbi bu şəxslərin Qazaxıstan və onun rəhbərliyi barədə ictimai şəkildə təhqiredici və düşmənçilik ifadələri yayması olub.

Beləliklə, "qara siyahı"ya Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy, Dumanın Beynəlxalq İşlər Komitəsinin birinci müavini Vyaçeslav Nikonov, "Vahid Rusiya" partiyasının deputatları Yevgeni Fyodorov və Konstantin Zatulin, həmçinin "Rossotrudniçestvo"nun başçısı və keçmiş deputat Yevgeni Primakov daxil edilib.

Mənbə: modern.az