"Trampın tarifləri ABŞ-ın Çinlə rəqabətinə mane olur" - Mask

"Trampın tarifləri ABŞ-ın Çinlə rəqabətinə mane olur" -

Trampın tarifləri ABŞ-ın robot texnologiyaları yarışında Çinlə rəqabətinə mane olur. İlon Mask ötən həftə investorları xəbərdar edib ki, Çinin nadir torpaq maqnitlərinin ixracına qoyduğu məhdudiyyətlər Tesla-nın Optimus adlı insanabənzər robotlarının inkişafını gecikdirəcək.

Bu barədə Euronews məlumat yayıb.
Birləşmiş Ştatların Boston şəhərində keçirilən Robotika Sammitində rəsmi gündəlikdə tariflər olmasa da, ABŞ-Çin ticarət gərginliyinin təsiri açıq hiss olunub. Çin şirkəti Unitree tərəfindən istehsal olunan və uzaqdan idarə olunan insanabənzər robot sərgi iştirakçılarını qarşılayarkən, Prezident Donald Trampın tətbiq etdiyi genişmiqyaslı tariflərin və Çinin cavab tədbirlərinin robot sənayesinə təsiri tədbirin əsas qeyri-rəsmi müzakirə mövzularından biri olub. Təşkilatçı Stiv Krounun sözlərinə görə, iştirakçılar fasilələr zamanı əsasən tariflərdən danışırdılar, çünki vəziyyət qeyri-müəyyəndir və sənaye üçün ciddi nəticələr doğura bilər.
Digər tərəfdən, ABŞ-da istehsal olunan robotların inkişafı və daxili komponent təchizatına marağın artması kimi müsbət imkanlar da yaranıb. “Agility Robotics” şirkətinin baş texnologiya direktoru Pras Velaqapudi bildirib ki, bu dəyişikliklər onların təchizat zəncirində bəzi çətinliklər yaratsa da, ABŞ daxilində istehsal və avtomatlaşdırma üçün yeni fürsətlər açır.
Elmina Qasımova

Mənbə: www.bakupost.az