Rusiya afrikalı qadınları Tatarıstana cəlb edir - Şok səbəb

Rusiya afrikalı qadınları Tatarıstana cəlb edir -

Rusiya çox güman ki, Afrika qitəsində genişmiqyaslı bir proqram həyata keçirir – bu proqram çərçivəsində gənc qadınlar Tatarıstana işə cəlb olunur və bu iş pilotsuz uçuş aparatlarının (dronların) yığılması ilə bağlıdır. Həmin dronlar isə Ukraynaya hücumlarda istifadə olunur.

Bu barədə “Blumberq” agentliyi iddia ilə çıxış edib.

Məlumata görə, Rusiya Afrikada qlobal əməkdaşlıq proqramı qurur, yerli qadınlara xüsusi iqtisadi zona olan "Alabuqa"da təlim və iş vəd olunur. Bildirilir ki, broşür və reklam materiallarında gülümsəyən afrikalı gənc qadınlar texnik və ya ofisiant kimi işləyən şəxs kimi təqdim olunur. Lakin KİV-in bildirdiyinə görə, "Alabuqa"da həyat və iş şəraiti reklamda göstərildiyindən qat-qat acınacaqlıdır. Podkastın baş müxbiri Entoni Skuazzin araşdırıb ki, bu proqram haqda verilən bəyanatlar reallığa nə qədər uyğundur.

Nəşrin məlumatına əsasən, bu proqram gənc afrikalı qadınlara real iş imkanları təqdim etmək əvəzinə, onları risk altına qoyur – bəzən bu iş şəraiti hərbi münaqişə zonasına yaxın vəziyyətdə olur.

Jurnalistlər qeyd edirlər ki, afrikalı gənc qadınlar Rusiyadan olan “işəgötürənlərin” hədəfinə çevrilir. Xüsusilə, Tatarıstanda onları pilotsuz uçuş aparatları (və bəlkə də başqa döyüş sursatları) istehsal edən zavodda son dərəcə ağır, təhlükəli vəd ediləndən qat-qat az maaşla işləməyə məcbur edirlər.

Mənbə: axar.az