Netanyahunun təyyarəsi Türkiyədən keçəcək? – Rəsmi

Netanyahunun təyyarəsi Türkiyədən keçəcək? –

İsrailin Baş naziri Benyamin Netanyahunun təyyarəsinə Türkiyə hava məkanından keçid icazəsi verildiyi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli məlumat yayıb.

O bildirib ki, bu barədə Türkiyə XİN-ə ünvanlanan hansısa rəsmi müraciət yoxdur.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyənin bu ay Azərbaycana gözlənilən səfəri zamanı B.Netanyahunun təyyarəsinin hava məkanından keçməsinə icazə verməsi ilə bağlı məlumat yayılmışdı.

Mənbə: axar.az