Yaşar Gülər Aqil Qurbanovu qəbul etdi

Yaşar Gülər Aqil Qurbanovu qəbul etdi

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycanın müdafiə nazirinin müavini Aqil Qurbanovu qəbul edib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Şimali Kipr Türk Respublikasında səfərdə olan milli müdafiə naziri Yaşar Güler “TEKNOFEST” ilə əlaqədar Lefkoşaya gələn qardaş Azərbaycanın müdafiə nazirinin müavini Aqil Qurbanovu qəbul edib", - məlumatda bildirilib.

Mənbə: axar.az