Rusiya bununla Ukraynanı sınaqdan keçirir - Kreml

Rusiya bununla Ukraynanı sınaqdan keçirir - Kreml

Rusiya Ukraynaya atəşkəslə bağlı təklifləri ilə Kiyevin niyyətini sınaqdan keçirir.

Axar.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə məlumat verib.

Onun sözlərinə görə, Pasxa bayramı və mayın 8, 9 və 10-da əldə olunan atəşkəs Ukraynanın uzunmüddətli davamlı sülh üçün yollar axtarmağa nə qədər hazır olduğunu göstərəcək.

Mənbə: axar.az