İsrail Asiya İnkişaf Bankı (AİB) ilə güclü tərəfdaşlığın inkişafını səbirsizliklə gözləyir.
AİB-in İsrail üzrə idarəçisi Şmuel Abramson bank rəhbərlərinin biznes sessiyasında çıxışı zamanı deyib.
"Bu, bizim üçün əlamətdar hadisədir. İsrail Asiya və Sakit Okean regionunda davamlı və inklüziv inkişafı təmin etmək üçün birlikdə çalışan ölkələr icmasına qoşulmaqdan şərəf duyur. Biz bankın mütərəqqi rəqəmsal gündəliyi formalaşdırmaq səylərini yüksək qiymətləndiririk və bu prosesin bir hissəsi olmaqdan məmnunuq", - o bildirib.
Abramson vurğulayıb ki, İsrail rəqəmsal innovasiya və texnologiyanın dəyişdirici gücünü birinci əldən görüb.
"İnkişaf edən startap ekosistemindən kibertəhlükəsizlik, fintex və rəqəmsal sağlamlıq sahələrində irəliləyişlərə qədər biz bilirik ki, innovasiya təkcə böyümə mənbəyi deyil, həm də davamlılıq, rəqabət qabiliyyəti və imkanların əsasıdır. İnanırıq ki, AİB öz üzvlərinin biliklərini dərinləşdirməyə davam edərək, öz üzv ölkələri üçün rəqəmsallaşma potensialını açmaq üçün unikal mövqeyə malikdir.
Rəqəmsal komponentlərin infrastrukturdan tutmuş təhsilə və maliyyəyə qədər olan layihələrə bölüşdürülməsi və inteqrasiyası yaxşı həyata keçirildikdə, rəqəmsallaşma inkişaf etməkdə olan ölkələrə inkişafın ənənəvi mərhələlərini sıçramağa kömək edə bilər”.
O əlavə edib ki, İsrail təcrübə, istedad və texnologiya təklif edərək bu mühüm işə töhfə verməyə hazırdır.
"Biz AİB ilə güclü tərəfdaşlıq qurmağı və bunun vasitəsilə bütün regionda hökumətlər və özəl sektorla əməkdaşlığı dərinləşdirməyi səbirsizliklə gözləyirik", - Abramson vurğulayıb.
Mənbə: az.trend.az