“Global Media Qrup”a daxil olan Türkiyənin “Haber Global” telekanalı X Anadolu Media mükafatlandırma mərasimində iki nominasiya üzrə qalib gəlib.
Telekanalın baş redaktoru Taha Dağlı və ilin idman proqramı seçilən “Kontran”ın şərhçisi Nihat Kahveci mükafata layiq görülüblər. Onlara mükafatı Prezident Rəcəb Tayyib Ərdoğan təqdim edib.
N.Kahveci qeyd edib ki, bu diplomata layiq görülmək sevindiricidir: “Əsas məsələ bu mükafatl qoruduqdan sonra səviyyni qoruya bilməkdir. Bunun üçün çalışacağam”.
Mənbə: report.az