"Ramiz Mehdiyevlər bu xalqdan nə istəyirlər?..” -1998-ci il...

"Ramiz Mehdiyevlər bu xalqdan nə istəyirlər?..” -1998-ci il...

"Belə gerçəkləri vəzifəni, deputat mandatını düşünmədən onda - vaxtında demək gərək idi. İndi artıq gecdir – Mavr öz işini gördü..."

"Milli çoxluq olan türklər neyləməlidirlər? Bəlkə hamımız çıxaq gedək, məsələn, Naxçıvan türkləri kimi, Türkiyədə qul kimi işləyək?.."

Azərbaycandaon illərlə korrupsiyanın, özbaşınalığınbaş alıb getməsinin, bu gün də həmin amillərin həyatımızın bütün sahələrinininkişafına əngəl olmasının əsas səbəblərindən biri də vəzifəlilərin nöqsanlarını,günahlarını, xəyanətlərini vaxtında deyərək onları uzaqlaşdıra bilməməyimiz olub...

 

Amma biz müstəqil yazarlar, jurnalistlər elə müstəqilliyimizinilk illərindən “qanımızı qaşığa qoyub” gördüyümüz, bildiyimiz gerçəkləri bu vəya digər formada, senzuranın, “37”nin naftalin iyini verən Cahangir İldırımzadələrin kəsakəs vaxtında belə, mümkünqədər, ya birbaşa, ya sətiraltı, yaxud satirik şəkildə deməyə çalışırdıq... Beləcəsarətli müstəqil həmkarlarımızdan biri də eyni zamanda siyasətlə məşğul olanrəhmətlik naxçıvanlı dostumuz QeyrətQuliyev idi...

 

O illərinməşhur müxalif partiyalarından olan ADP-nin qurucularından biri, sonradan isə MüstəqilSiyasətçilər Hərəkatına rəhbərlik etmiş QeyrətQuliyev 22 il öncə - 1998-ci ildə “Ramiz Mehdiyev “Talış-Muğan Respublikası”nımüdafiə edir?” başlıqlı məqaləsində yazırdı:

 

“Parlamentin30 sentyabr iclasında “boz kardinal” imici qazanmış Ramiz Mehdiyev 12 sentyabrhadisələrinə(1998-ci ildə həmin gün müxalifətin Bakının mərkəzində qarşıdan gələn Prezident seçkiləri ilə bağlı keçirdiyi etiraz mitinqi- S.L.)verilənqiymətlə bağlı qərara bir düzəliş etdi. Dediki, “Talış-Muğan Respublikası” ifadəsinin əvəzinə “Azərbaycanın cənubunda ölkəniparçalamaq üçün qiyam” yazılsın. Xeyr,xeyr deyə bilməzsiniz ki, burada “Keçəl Həsən, Həsən keçəl” deyimi yerinə düşür...

 

Dəxliolan bir haşiyə çıxaq. Ölkəmizdə etniklərinhakimiyyətdə təmsilçiliyi milli çoxluq olan türklərdən qat-qat çoxdur. Hətta onların, yəni qeyri-türk vətəndaşlarımızın– bəzi aparıcı dövlət qurumlarına nəzarət etdikləri də mübahisəli deyil. İndiçox qəribə vəziyyət yaranıb. Bir tərəfdənmilli azlıq olan ermənilər Azərbaycanındövlət kimi hüququnu tapdalayıb, digər təfədən isə “etnik siyasət və etniklərinsiyasəti” (ifadə N.Əhədzadədəndir-Q.Q.) nəticəsində türklər öz ölkələrində əsas sahələrdən sıxışdırılıblar. “Mən türkəm”demək getdikcə çətinləşir...

 

Nə isə,bu hakimiyyətin uğurlarından biri hakimiyyət uğrunda silahlı mübarizəyə sonqoymasıdırsa, digəri etnik separatizmin necə yaranmasından asılı olamayaraqonun qarşısını qətiyyətlə almasıdır. Etnik separatizmin arxasında Rusiyanın müəyyən dairələrinin yox, eləbütövükdə durduğu da şübhəsizdir. Çünki 1 milyard dollarlıq müəyyən dairə ola bilməz, eləcə də “TMR” yekəlikdə.Yadınızdan çıxmayıbsa, “Vesti” proqramı tələskənliyə yol verərək “TMR”-in elanedildiyini bir gün yarım qabaq xəbər vermişdi...

 

İndiRamiz Mehdiyev etnik separatizmin öz adı ilə( bu halda “TMR”) adlanmasının niyəəleyhinədir? Kimi və nəyi müdafiəedir? Milli çoxluq olan türklər neyləməlidirlər? Bəlkə hamımız çıxaq gedək, məsələn, Naxçıvantürkləri kimi, Türkiyədə qul kimi işləyək? Ramiz Mehdiyevlər bu xalqdan nə istəyirlər? Bizim milli dövlətçliyimizə kosmopolitizm və separatiizm qədər heç nə ziyan vurmayıb...”

 

“Meqapolis-reklam”,4-6 oktyabr 1998-ci il.

 

P.S.Bəli, belə gerçəkləri Qeyrət dostumuzkimi qeyrətlə, çəkinmədən, vəzifəni, deputat mandatını, var-dövlətini düşünmədənməhz o illərdə - vaxtında demək gərək idi. İndi artıq gecdir – mavr öz işinigördü... Odur ki, heç olmasa, bugünkügerçəkləri vaxtında demək lazımdır... 20-30 il sonrakılar da bizlərə lənətoxumasın...

 

SultanLaçın

Mənbə: moderator.az