Ukrayna Ali Radasının deputatı Ermənistan silahlı qüvvələrinin son təxribatını pisləyib

Ukrayna Ali Radasının deputatı Ermənistan silahlı qüvvələrinin son təxribatını pisləyib

 

Kiyev, 14 iyul, AZƏRTAC

Ukrayna Ali Radasının deputatı Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatı pisləyib.

Azərbaycan-Ukrayna Parlamentlərarası Dostluq Qrupunun həmsədri Vladimir Kreydenko AZƏRTAC-a məxsusi açıqlamasında bildirib ki, Ukrayna beynəlxalq səviyyədə tanınan sərhədlər daxilində Azərbaycanın ərazi bütövlüyünə və toxunulmazlığına sadiq qalır. Deputat bildirib ki, Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsinə yönəlmiş hər cür cəhdlər pislənilməlidir.

“Döyüşlərdə həlak olan Azərbaycan əsgərlərinin və hərbçilərinin ailələrinə və yaxınlarına başsağlığı verirəm və tərəfləri təmkinli, ehtiyatlı olmağa çağırıram”, - deyə V.Kreydenko əlavə edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Mənbə: azertag.az