“Şəhid ailələrinə göstərilən diqqət və qayğı dövlətimizin vətəndaşlarımıza verdiyi dəyərin bariz göstəricisidir”

“Şəhid ailələrinə göstərilən diqqət və qayğı dövlətimizin vətəndaşlarımıza verdiyi dəyərin bariz göstəricisidir”

“Bütün dünyanın pandemiyailə mübarizəyə səfərbər olduğu bir dövrdə şəhid ailələrinə, müharibə əlillərinə,o cümlədən milli qəhrəmanların ailələrinə göstərilən diqqət və qayğı dövlətin həmiqtisadi qüdrətinin, həm də vətəndaşlarımızaverdiyi dəyərin bariz göstəricisidir”.

Bu sözləri Moderator.az saytına ötən gün Gəncədə şəhid ailəsi və Qarabağ əlillərinə mənzillərin paylanmasıilə bağlı açıqlamasında millət vəkiliTamam Cəfərova deyib.

Deputat açıqlamasındabildirib ki, belə bir çətin dövrdə şəhidailələri və əlilliyi olan şəxslərə evlərin və avtomobillərin təqdim olunması,bütövlükdə bu prosesin ləngimədən davam etməsi Azərbaycanın iqtisadipotensialını ortaya qoymaqla yanaşı, dövlətin sahib olduğu dəyərləri, vətənuğrunda, ölkəmizin müstəqilliyi uğrunda canından keçən insanlara verilən ənyüksək dəyərin nümayişidir. İyulun 21-də cənab Prezidentin və birinci-vitseprezident Mehriban xanımın iştirakı ilə Xətai rayonunda şəhid ailələri və əlilliyiolan şəxslərə evlərin və avtomobillərin təqdim olunması mərasimində Cənabprezidentin dediyi sözlər bunu bir daha sübut edir:

“Müqayisə üçün deyə bilərəmki, keçən il 934 mənzil verilmişdir, bu il isə 1500, ondan əvvəlki illərdə təqribənildə 500-600-700. Yəni, bu, onu göstərir ki, bu problemi həll etmək və şəhidailələrinə, müharibə əlillərinə dövlət tərəfindən nəzərdə tutulmuş evlərin təqdimedilməsi üçün çox fəal iş aparılır. Mən istəyirəm ki, biz bu proqramı tezlikləbaşa çatdıraq və buna nail olacağıq. Sirr deyil ki, bu məqsədlər üçün böyük vəsaitnəzərdə tutulur və bildiyiniz kimi, dövlət büdcəsinin böyük hissəsi sosial məsələlərinhəllinə xərclənir. Bu sosial xərclərin içində şəhid ailələrini, müharibə əlillərini,müharibə veteranlarını, məcburi köçkünləri əhatə edən çox böyük proqramlar icraolunur”.

Tamam Cəfərova qeyd edibki, pandemiya ilə mübarizə dövründə vətəndaşların sosial müdafiəsi həmişə cənabPrezidentin diqqət mərkəzində olub və olmaqdadır:

“Heç bir sosial layihə təxirəsalınmadı, əksinə pandemiyanın iqtisadi və sosial fəsadlarını aradan qaldırmaqməqsədilə məlum layihələr həyata keçirildi və bu davam etdirilir. Bütün bunlarbir daha göstərir ki, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dururvə cənab Prezidentin həmişə öz vətəndaşınınyanındadır.

Bütün bu işlərə qlobaliqtisadiyyatın çökdüyü bir zamanda 3,5 milyard manat maliyyə xərclənib, deyənmillət vəkili qeyd etmişdir ki, Azərbaycan koronavirus pandemiyası ilə uğurlu mübarizəaparan ölkələrdəndir. Dünyada 150-dən çox ölkə pademiya ilə mübarizə aparmaqüçün beynəlxalq maliyyə institutlarından borc aldığı halda, Azərbaycan nəinkipandemiya ilə uğurlu mübarizə aparır, həm də bir çox ölkələrə və beynəlxalq təşkilatlaramaliyyə yardımı göstərib. Bu təkcə Azərbaycanın dünyada güclü və nüfuzlu dövlətəçevrilməsinin göstəricisi deyil, həm də pandemiyaya qarşı qlobal mübarizənin təşəbbüskarıvə təşkilatçısı olaraq, öz üzərinə götürdüyü bir məsuliyyətdir”.

Seymur ƏLİYEV

Mənbə: moderator.az