Pompeo Belarusa qarşı sanksiyaların tətbiqini istisna etmir

Pompeo Belarusa qarşı sanksiyaların tətbiqini istisna etmir

ABŞ dövlət katibi Mayk Pompeo ölkədəki etiraz aksiyaları fonunda Belarus hökumətinə qarşı sanksiyaların tətbiqini istisna etməyib.

İnterAz Gazeta.ru-ya istinadla xəbər verir ki, o bu barədə müsahibədə bildirib, açıqlamanın mətni Dövlət Departamentinin saytında yayımlanıb.

"ABŞ, sanksiya tətbiqini və neft tədarükünü dayandırma imkanlarını nəzərdən keçirəcək", dövlət katibi bildirib.

O qeyd edib ki, hazırda ABŞ Belarusdakı vəziyyətlə bağlı hansı tədbirlərin məqsədəuyğun olacağına qərar verməyib.

Pompeonın sözlərinə görə, ABŞ Belarusdakı vəziyyətlə bağlı məsələlərdə Avropa Birliyi ilə əməkdaşlıq etməyə hazırdır

Mənbə: www.interaztv.com