Kəlbəcərin Qozlukörpü kəndində bayrağımız belə qaldırıldı - VİDEO

Kəlbəcərin Qozlukörpü kəndində bayrağımız belə qaldırıldı -

Kəlbəcər rayonunun Qozlukörpü kəndində üçrəngli bayrağımız qaldırılıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.

Xatırladaq ki, Qozlukörpü əvvəllər ləğv edilmiş Ağdərə rayonunun tərkibində olub.

Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. İkinci Qarabağ müharibəsindən sonra yaşayış məskəni Rusiya Sülhməramlı Qüvvələrinin nəzarət zonasına daxil olub.

Mənbə: bizim.media