Mərhum şahmatçı Vüqar Həşimovun bacısı Samirə Allahverdiyeva yeni vəzifəyə təyin olunub.
“Qafqazinfo” “Unikal”a istinadən xəbər verir ki, S.Allahverdiyeva İdman TV-nin direktor müavini vəzifəsində çalışacaq.
Qeyd edək ki, Samirə Allahverdiyeva bundan əvvəl AzTV-də baş redaktor vəzifəsində işləyib.
Mənbə: qafqazinfo.az