Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, aprelin 29-u Akif Yusifov “Kia Rio” markalı avtomobillə Yasamal rayonu Şərifzadə küçəsində yolu keçən 1985-ci il təvəllüdlü Hacıyev Emin Qalib oğlunu vurub.
Kəllə-beyin zədələnməsi, sağ alın təpə gicgah nahiyəsində subdoral hemotoma, sağ orbitanın distal hissəsinin sınığı ilə nəticələnən ağır bədən xəsarətləri alan piyada Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Lakin o, mayın 5-də vəfat edib.
Faktla bağlı Yasamal RPİ-də cinayət işi başlanıb, araşdırma aparılır.
Mənbə: qafqazinfo.az