Qusarda stadionlar yenidən qurulur – FOTO

Qusarda stadionlar yenidən qurulur –

Prezident İlhsm Əliyevin rəhbərliyi ilə ölkəmizdə idmanın inkişafı istiqamətində ciddi tədbirlər həyata keçirilir. Bu sahədə aparılan dövlət siyasəti Qusarda da uğurla həyata keçirilir.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayon rəhbərliyi tərəfindən idman sahəsinin inkişafı, uşaqlar, yeniyetmələr və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə rayonun kəndlərində mövcud stadionların yenilənməsi, təmiri istiqamətində işlər aparılır.

Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Aşağı İmamqulukənd, Aşağı Ləgər, Gədəzeyxur, Atlıxan, Mucuqoba kənd stadionlarında müəyyən işlər görülüb. Belə ki, Aşağı Ləgər kənd stadionu üçün ayrılmış ərazi hasara alınmış, ot örtüyünün salınması üçün əlavə torpaq gətirilərək stadionun meydançası hamarlanıb. Stadionda geyinib-soyunma otağı tikilib, sudan rahat istifadəni təmin etmək üçün su anbarı təmizlənərək, su xətti istifadəyə verilib.

Gədəzeyxur, Atlıxan kəndlərində stadion üçün ayrılmış ərazi təmizlənərək hasarlanıb.. Hazırda Gədəzeyxur və Aşağı İmamqulukənd kənd stadionlarında soyunub-geyinmə otaqlarının tikintisi işləri aparılır.


Rayonun Çubuqlu kəndində uzun müddətdir problemli məsələ kimi qaldırılan stadion üçün torpaq sahəsi ayrılıb. Samur qəsəbəsində stadionun təmirinə maraq göstərən sponsor tərəfindən stadionda işlərə başlanılıb.











Aytəkin Alxaslı

Mənbə: bizim.media