Azad Məcidov bu gün son hökmünü oxudu

Azad Məcidov bu gün son hökmünü oxudu

Bakı Ağır Cinayətlər Məhkəməsinin tanınmış hakimi 65 yaşlı Azad Məcidov təqaüdə göndərilib.

Tanınmış hakim bu gün son hökmünü oxuyub.

O, son hökmündə xüsusilə külli miqdarda dələduzluq və cinayət yolu ilə qazanılmış pullarıın leqallaşmasında təqsirləndirilən şəxslərə 15 ilə kimi həbs cəzası təyin edib.

Bununla da Azad Məcidov hakimlik fəaliyyətini bitirib.

Qeyd edək ki, Azad Məcidov hüquq-mühafizə orqanlarının birində 30 ilə yaxın müstəntiq işləyib. Polkovnik rütbəsi daşıyan Məcidov o vaxt silsilə qətllər və adam oğurluğunda təqsirli bilinmiş Hacı Məmmədov cinayətini araşdıran istintaq qrupunun üzvü olub.

A.Məcidov 15 il əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim təyin edilib. O bu illər ərzində ölkə gündəmində olan bir çox işlərin hökmünü çıxarıb. Buraya müğənni Fədayə Laçının, tarixçi-alim Səbuhi Hüseynovun, “Bravo” hipermarketə basqında təqsirləndirilən şəxslərin, erməni diversantların bir qrupunun işləri də daxildir. Onun icraatında olan son səs-küylü iş talasemiyalı uşaqların pulunun ələ keçirilməsi ilə bağlı idi.

Sail Ağasəlim

Mənbə: qafqazinfo.az