Ümit Karandan həbs olunması ilə bağlı xəbərlərə cavab - Video

Ümit Karandan həbs olunması ilə bağlı xəbərlərə cavab - Video

Təcavüzdə ittiham olunaraq həbs edildiyi deyilən Türkiyə yığmasının sabiq üzvü Ümit Karan açıqlama verib.

O, bu barədə instaqram hesabında paylaşım edib.

Ü.Karan məsələyə bu cür aydınlıq gətirib: “2015-ci ildən bir cinayət işim var idi. Vəkillərlə birlikdə məhkəmədə lazım olan prosedurları etdim. Hazırda həbsdə deyiləm. Yalan xəbərlər yazmaq lazım deyil”.

Mənbə: qafqazinfo.az