Səudiyyə Ərəbistanı klublarından biri “Liverpul”un vingeri Məhəmməd Salaha böyük təklif göndərib.
Bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Mənbənin iddiasına görə, Səudiyyə Ərəbistanı təmsilçisinin nümayəndələri son günlərdə yenidən futbolçu ilə əlaqə saxlayıblar. Salaha 2028-ci ilə qədər nəzərdə tutulan, əlavə olaraq daha bir mövsüm – 2029-cu ilə qədər uzadılma imkanı olan uzunmüddətli müqavilə təklif edilib.
Bildirilir ki, Səudiyyə klubu misirli futbolçunu “Liverpul”dan ayrıldıqdan sonra azad agent kimi heyətinə qatmağa ümid edir. Daha əvvəl Salahın artıq Mersisayd təmsilçisinin heyətində son oyununa çıxdığı barədə xəbərlər yayılmışdı.
Cari mövsümdə Salah bütün turnirlərdə 41 oyunda iştirak edib, 12 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Mənbə: publika.az