Azərbaycanlılar Qazaxla sərhəddəki Kirants kəndinə bu tarixdə qayıdacaq

Azərbaycanlılar Qazaxla sərhəddəki Kirants kəndinə bu tarixdə qayıdacaq

Dünən axşam saatlarında Qazaxla sərhəddə yerləşən Kirants (Güney) kəndinin mədəniyyət mərkəzində görüş keçirilib. Tovuzqala (Tavuş) qubernatorluğun əməkdaşları bir neçə saat ərzində bir qrup yerli sakinlə təzminat məsələlərini müzakirə ediblər.

Bu barədə "hraparak.am" saytı yazıb.

Mənbə qeyd edir ki, söhbət ilk növbədə sərhədin demarkasiyası nəticəsində evlərini itirən sakinlərdən, eləcə də körpünün Azərbaycana verilməsi səbəbindən evləri sərhəddə qalan ev sahiblərindən gedir.

Məlumata görə, hökumət həmin insanlara yeni evlərin tikintisi üçün kompensasiya verəcək. Bununla bağlı kəndin “sovxoz” ərazisində tikinti işlərinə başlanılıb.

Azərbaycana veriləcək iki evin sahiblərinə iyunun 24-dək möhlət verilib. Həmin tarixdə onlar evlərini boşaltmalıdırlar. İyunun sonunda isə azərbaycanlılar Kirants kəndinə gəlməlidirlər.

Mənbə: bizim.media