Bu ölkələr Gürcüstana qarşı çıxdı - Vizasız rejimi ləğv edə bilərlər

Bu ölkələr Gürcüstana qarşı çıxdı - Vizasız rejimi ləğv edə bilərlər

Avropa İttifaqının (Aİ) bəzi üzvləri, o cümlədən Çexiya, İsveç, Niderland və Estoniya ölkə parlamentinin xarici agentlər haqqında qanunu qəbul etməsi səbəbindən Avropa Komissiyasına Gürcüstana qarşı sanksiyalar tətbiq etməyi təklif edib.

Publika.az xəbər verir ki, bu barədə "Financial Times" öz mənbələrinə istinadən yazır.

Tədbirlər arasında qanun layihəsinin müəlliflərinə qarşı məqsədyönlü sanksiyalar, Aİ fondlarından vəsaitlərin bir hissəsinin dondurulması və Gürcüstan vətəndaşları üçün vizasız rejimin ləğvi də var. Bu və digər məsələlərin tətbiqi Aİ üzvlərinin xarici işlər nazirlərinin görüşündə müzakirə olunacaq.

Xatırladaq ki, Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bildirmişdi ki, xarici agentlər haqqında qanun layihəsinə görə Gürcüstan Aİ ölkələri ilə vizasız rejimi itirə bilər.

Adəm

Mənbə: publika.az