ABŞ-ın demokrat deputatı Ritçi Torres prezident Donald Trampın Qətər kral ailəsindən 400 milyon dollar dəyərində “Boeing 747-8” lüks təyyarəsi qəbul etməyi planlaşdırdığı ilə bağlı yayılan məlumatlarla bağlı araşdırmaya başlayıb.
Bu barədə “Axios” məlumat yayıb. Siyasətçi məsələnin hərtərəfli araşdırılmasını tələb edərək Hökumət Hesabat İdarəsinə, Müdafiə Departamentinə və Etika İdarəsinə rəsmi sorğular göndərib.
Torres belə bir hədiyyənin prezidentlik tarixində xarici dövlətin təqdim etdiyi ən bahalı hədiyyə olacağını vurğulayır. Konqresmen bu sövdələşmənin hazırkı dövlət başçısı üçün mümkün etik və hüquqi nəticələrindən narahatlığını ifadə edib.
Buna cavab olaraq Tramp özünün “Truth Social” sosial şəbəkəsi vasitəsilə demokratların mövqeyini kəskin tənqid edib. Prezident izah edib ki, təyyarə köhnəlmiş “Air Force One”ı müvəqqəti əvəz etmək üçün nəzərdə tutulub və Müdafiə Nazirliyi tərəfindən pulsuz qəbul edilib. O, opponentlərini ikiüzlülükdə ittiham edərək, bu hədiyyənin şəffaf və qanuni prosedur olmasına baxmayaraq, demokratlar buna görə administrasiyadan pul ödəməyi tələb edirlər.
Tural
Mənbə: publika.az