Amerika mətbuatı: Heç bir lider Ərdoğan qədər Trampdan istədiyini əldə edə bilmədi

Amerika mətbuatı: Heç bir lider Ərdoğan qədər Trampdan istədiyini əldə edə bilmədi

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ilə ABŞ dövlət başçısı Donald Trampın Ağ Evdəki kritik görüşü Amerikan mətbuatında geniş işıqlandırılıb. Qəzetlər, televiziyalar xəbər və analizlərə yer verib.

"Vaşinqton Post"un xəbərinə görə, Ərdoğanın mətbuat konfransı iki ölkə arasındakı problemləri dilə gətirmə fürsəti olaraq qiymətləndirilib. Ərdoğan bu nöqtədə, ən başda FETÖ liderinin qaytarmasını gündəmə gətirdiyi ifadə edilir.

"Post" xəbərində, iki ölkə arasında böhran yaradan S-400 mövzusu ilə bağlı Trampın "Səlahiyyətlilərimiz həll üçün çalışır" ifadələrinə yer verib. Tramp rəhbərliyindən üst səviyyə səlahiyyətlilərin "Türkiyənin silahları qutularından çıxarmaması bir həll ola bilər" sözləri də medianın gündəminə daşınıb.

CNN-in Ağ Ev müxbiri olan Kevin Liptak yazısında ABŞ lideri Trampın "güclü liderlərə" göstərdiyi yaxınlığı xüsusi diqqətə alıb. Yazıdakı ən diqqət çəkici ifadə isə "Ancaq heç bir lider, Ərdoğan qədər, Trumpdan istədiyini əldə edə bilmədi" olub.

Kevin Liptak bu ifadəsinə səbəb kimi Türkiyənin Suriya əməliyyatına yaşıl işıq yandırılmasını, S-400 böhranında Trampın sanksiya əleyhdarı kimi rəftarını nümunə göstərib.

"New York Times" qəzetinin danışıqları izləyən Ağ Ev müxbiri Michael Crowley xəbərinin başlığında, "Onun böyük pərəstişkarıyam. Tramp Ərdoğanı isti qarşıladı" ifadəsinə yer verib.

Qəzetin iddiasına görə, Ağ Evdəki zirvədə S-400-lə bağlı konkret bir razılaşma əldə edilməyib.

Tramp isə fotoların birinin altına "Türkiyə dövlət başçısı Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğanı Ağ Evdə qarşılamaq möcüzə idi. Hörmətli Əminə Ərdoğana ev sahibliyi etməkdən və ona tarixi salonlarımızı gəzdirməkdən zövq aldım" deyə yazıb.

Melania Tramp da ictimai media hesabından paylaşdığı üç şəkili eyni ifadəylə təqibçilərinə təqdim edib.

Əminə Ərdoğan da, Twitter və Instagram hesablarından paylaşma edib. O, "İş ziyarəti daxilində olduğumuz Vaşinqtonda, ABŞ lideri hörmətli Tramp və qiymətli həyat yoldaşı Melania Tramp ilə Ağ Evdə bir araya gəlməkdən məmnunluq duydum. Qarşılıqlı ziyarətlərin ölkələrimiz arasındakı dostluğu daha da gücləndirəcəyinə inanıram" yazıb.

Turan

Mənbə: sherg.az