Qaynata keçmiş kürəkənini qətlə yetirdi

Qaynata keçmiş kürəkənini qətlə yetirdi

İyulun 29-u gecə saatlarında Salyan rayonu ərazisində qətl hadisəsi baş verib.

"Report"a istinadla xəbər verilir ki, 1966-cı il təvəllüdlü Natiq Sadıqov sərxoş vəziyyətdə ov tüfəngi ilə keçmiş kürəkəni - 1980-ci il təvəllüdlü Famil Lətifovu yaşadığı evin həyətində baş vermiş münaqişə zəminində qətlə yetirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə N. Sadıqov saxlanılaraq istintaqa təhvil verilib. Ondan cinayətin aləti olan ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: publika.az