FHN İsmayıllıda evsiz qalan ailəni müvəqqəti çadırla təmin etdi

FHN İsmayıllıda evsiz qalan ailəni müvəqqəti çadırla təmin etdi

Fövqəladə Hallar Nazirliyinə İsmayıllı rayonunun Bizlan kənd sakini Məhərrəmli Novruz Müslüm oğluna məxsus evin yaşayış üçün yararsız vəziyyətə düşməsi və ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bununla əlaqədar FHN-in Şimal-Qərb Regional Mərkəzinin əməkdaşları tərəfindən müvəqqəti yaşayış məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.

Mənbə: publika.az