İstanbulun Üsküdar rayon bələdiyyəsinin sədri Sinem Dedetaş saxlanılıb.
“TRT Haber”ə istinadən xəbər verilir ki, Anadolu Baş Prokurorluğu tərəfindən Üsküdar bələdiyyəsi ilə bağlı həyata keçirilən araşdırma çərçivəsində S.Dedetaşla birgə daha 5 nəfər tutulub.
Prokurorluq Dedetaşın da aralarında olduğu bələdiyyə rəsmilərinin tikinti və yaşayış icazələrinin verilməsi prosesində qanunsuzluqlara yol verdikləri barədə daxil olan məlumatlar əsasında sözügedən araşdırmanı başladıb.
Bu araşdırma nəticəsində bələdiyyə sədri barəsində “rüşvət, hədə-qorxu ilə tələb etmə və cinayət törətmək məqsədilə dəstə yaratmaq, ona rəhbərlik etmək” maddələri ilə cinayət işi başladılıb.
Mənbə: qafqazinfo.az