Mərdəkanda dənizdə batan gəncin meyiti tapıldı

Mərdəkanda dənizdə batan gəncin meyiti tapıldı

Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə iyulun 28-də nəzarətsiz ərazidə batan 17 yaşlı oğlanın meyiti tapılıb.

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, 2009-cu il təvəllüdlü Nurlan Mövlud oğlu İsmayılzadənin meyiti FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bizim.Media

Mənbə: bizim.media