DİN-dən əməliyyat - Həbs edilənlər var (VİDEO)

DİN-dən əməliyyat - Həbs edilənlər var (VİDEO)

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışının qarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir.

Abşeron və Qaradağ rayonlarında keçirilən tədbirlərlə əvvəllər oğurluq cinayətinə görə məhkum olunan Ramil Əliyev və Nihat Abdurrahmanov saxlanılıblar. Onlardan ümumilikdə 57 kiloqram heroin, metemfetamin, tiryək, həşiş qətranı, tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 1981 ədəd metadon həbi aşkarlanıb. Saxlanılan şəxslərin xarici narkotacirlərin tapşırığı ilə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb,saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Mənbə: unikal.az