Bakıda məhkum həbsxanada ölüb.
Lent.az-a istinadla xəbər verir ki, hadisə paytaxtda yerləşən cəzaçəkmə müəssisələrindən birində baş verib.
Burada cəza çəkən 67 yaşlı Məhərrəm Nəsir oğlu İmanquliyev dünyasını dəyişib.
Qeyd edək ki, Məhərrəm İmanquliyev 2020-ci ildə Qubanın Barlı kəndində öz qızı 1991-ci il təvəllüdlü Zeynəbi əlləri ilə boğaraq öldürmüşdü. O, məhkəmənin qərarı ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Mənbə: konkret.az